Kyellini futbolla vidalaşıb

Xəbərlər
12 Dekabr 2023 20:43
107
Kyellini futbolla vidalaşıb

İtaliyalı futbolçu Corco Kyellini peşəkar karyerasını bitirib.

İdman.biz xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi açıqlama verib.

ABŞ-ın MLS Liqasında “Los-Anceles”də çıxış edən Kyellini vida videosu paylaşıb. O, bunları deyib: “Sən mənim həyatımın ən gözəl səyahəti idin. Sən mənim üçün hər şey idin. İndi həyatımda yeni səhifə açmağın vaxtı çatıb, yeni çağırışlarla qarşılaşmaq, yeni vacib anlara imza atmaq zamanıdır”.

Qeyd edək ki, Kyellini 2005-2022-ci illərdə “Yuventus”un şərəfini qoruyub. O, 9 dəfə İtaliya çempionu titulunu qazanıb. Bundan başqa, Corco İtaliya yığmasının heyətində AVRO-2020-nin qalibi olub. İtaliyalı futbolçu 2022-ci ildən “Los-Anceles”də çıxış edib.

İdman.biz