UEFA Konfrans Liqasının 3-cü turunda daha 9 oyun keçirilib.
İdman.Biz bildirir ki, Cəbəlüttariqin “Linkoln” klubu Norveçin “Riyeka” komandasını qəbul edib.
Oyun heç-heçəylə başa çatıb - 1:1.
Azərbaycan azarkeşlərinə yaxşı tanış olan Şimali Makedoniyanın “Şkendiya” komandası Polşanın “Yagelloniya”sını qonaq edib. Bu oyun da 1:1 hesabı ilə qurtarıb.
İsveçrənin “Lozanna” klubu ilə Kiprin “Omoniya” kollektivi arasında keçirilmiş görüşdə də eyni hesab qeydə alınıb - 1:1.
İsveçin “Hekken” klubu öz meydançasında Fransanın “Strasburq” komandasına uduzub - 1:2.
Avstriyanın “Rapid” klubu da öz meydançasında məğlubiyyətə uğrayıb - 0:1. Onların rəqibləri Rumıniyanın “Universitatya” komandası olub.
Turun digər oyununda İngiltərənin “Kristal Palas” klubu Niderlandın “AZ Alkmaar” komandasını qəbul edib. Matç meydan sahiblərinin xeyrinə qurtarıb - 3:1.
İspaniyanın “Rayo Valyekano” klubu ilə Polşanın “Lex Poznan”ı arasındakı oyun gərgin mübarizə şəraitində keçib. İspaniyalılar matçdan qalib ayrılıblar - 3:2.
İralndiyanın “Şelburn” komandası ilə Kosovonun “Drita” klubu arasındakı oyunda qeydə alınan nəticəni gözlənilməz saymaq olar. Belə ki, qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
“Dinamo Kiyev”lə Bosniya və Herseqovinanın “Zrinski” klubunun arasındakı matçın nəticəsi ilə maraqlıdır. Ukrayna təmsilçisi rəqiblərinin qapısından 6 cavabsız top keçirib.
00:15
UEFA Konfrans Liqasının 3-cü turunda 9 qarşılaşma baş tutub.
İdman.Biz bildirir ki, Almaniyanın “Mayns” klubu İtaliyanın “Fiorentina” komandasını qəbul edib.
Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Kiprin “AEK Larnaka” kollektivi ilə Şotlandiyanın “Aberdin” klublarının görüşündə qapılara qol vurulmayıb.
Yunanıstanın “AEK Afina” klubu da öz meydançasında qalib gələ bilməyib. Onların İrlandiyanın “Şemrok Rovers” klubu ilə görüşü 1:1 hesabı ilə bitib.
Arda Turanın baş məşqçisi olduğu Ukraynanın “Şaxtyor” komandası İslandiyanın “Breydablik” komandası ilə qarşılaşıb. 28-ci dəqiqədə Artyom Bondarenko və 66-cı dəqiqədə Kayan Eliasın qolları “şaxtaçılar”a qələbə gətirib – 2:0.
Praqanın “Sparta”sı ilə Polşanın “Rakuv” klubu qalibi ayırd edə bilməyiblər – 0:0.
Polşanın digər klubu “Legiya” isə Sloveniyada “Tsele” ilə qarşılaşıb. Sloveniyalılar qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıblar.
Finlandiyanın “KuPS” komandası isə öz meydançasında Slovakiyanın “Slovan” klubundan üstün olub – 3:1.
Ermənistanın “Noa” klubu öz meydançasında məğlub olub. Onların rəqibləri Çexiyanın “Siqma Olomouts” kollektivi olub. Qarşılaşma 1:2 hesabı ilə bitib.
Axşamın ən böyükhesablı qələbəsi isə Türkiyədə qeydə alınıb. “Samsunspor” “Hamrun Spartans”ı məğlub edib - 3:0. Qolları Karlo Hols (18), Emre Kılınc (58) və Marius Muandilmaci (77) vurublar.
