Avropa Liqası: PAOK-dan darmadağın, “Genk”dən əzmkar qələbə - YENİLƏNİB + VİDEO

Xəbərlər
7 Noyabr 2025 02:15
210
Avropa Liqası: PAOK-dan darmadağın, “Genk”dən əzmkar qələbə - YENİLƏNİB + VİDEO

UEFA Avropa Liqasının 4-cü turunda daha 9 oyun baş tutub.

İdman.Biz xəbər verir ki, Yunanıstanın PAOK klubu öz meydançasında İsveçrənin “Yanq Boyz” klubunu qonaq edib.

Oyun 4:0 hesabı ilə PAOK-un xeyrinə qurtarıb.

Şotlandiyanın “Reyncers” komandası doğma meydançada “Roma” ilə üz-üzə gəlib. Oyun 2:0 hesabı ilə İtaliya klubunun qələbəsi ilə yekunlaşıb.

Daha bir qarşılaşma İspaniiyanın “Betis” klubu ilə Fransanın “Lion”u arasında baş tutub. Matç 2:0 hesabı ilə ispaniyalıların qələbəsi ilə sonuclanıb.

Almaniyada yerli “Ştutqart” Niderlandın “Feyenoord” klubunu sınağa çəkib. Meydan sahibləri inamlı qələbə qazanıblar - 2:0.

Bu mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Ferentsvaroş” öz meydançasında Bolqarıstanın “Ludoqorets” komandası ilə rastlaşıb. Macarıstan klubu oyundan 3:1 hesablı qalibiyyətlə çıxıb.

İngiltərədə “Aston Villa” ilə “Makkabi Təl-Əviv” üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 2:0-lıq qələbəsi ilə qurtarıb.

Turun ən bolqollu oyunu isə Portuqaliyada qeydə alınıb. Burada “Braqa” Belçikanın “Genk” klubunu qonaq edib. Qonaqlar qarşılaşmdan 4:3 hesabı ilə qalib ayrılıblar.

İtaliyada keçirilən “Bolonya” - “Şturm” (Norveç) oyununda hesab açılmayıb.

Türkiyənin “Fənərbaxça” klubu Çexiyada “Viktoriya Plzen”in qonağı olub. Bu matçda da qapılara qol vurulmayıb.

23:56

UEFA Avropa Liqasının 4-cü turunda 9 qarşılaşma keçirilib.

İdman.Biz bildirir ki, Avstriyanın “Şturm” klubu İngiltərənin “Nottingem Forest”ini qəbul edib.

Qratsdakı “Merkur Arena”da keçirilən oyun 0:0 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə “Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt penaltidən yararlana bilməyib.

Fransanın “Nitsa” klubu öz meydançasında Almaniyanın “Frayburq”unu qəbul edib. Oyun 3:1 hesabı ilə qonaqların qələbəsi ilə qurtarıb.

Xorvatiyada yerli “Dinamo Zaqreb” İspaniyanın “Selta” klubunu qəbul edib. Bu matç da qonaqların qalibiyyəti ilə yekunlaşıb - 3:0.

Qonşu Serbiyada isə “Srvena Zvezda” Fransanın “Lill” klubunu qonaq edib. 85-ci dəqiqədə Marko Arnautoviçin penaltidən vurduğu qol meydan sahiblərinə qələbə gətirib - 1:0.

Danimarkada keçirilən oyunda isə yerli “Midtyullann” Şotlandiyanın "Seltik" klubundan üstün olub. Matç 3:1 hesabı ilə bitib.

İsveçdə isə “Malmö” Yunanıstanın “Panatinaikos” klubunu sınağa çəkib. 85-ci dəqiqədə qonaqların oyunçusu Filipp Curiçiçin vurduğu qol oyunda yeganə olub - 0:1.

Niderlandın Utrext şəhərində isə eyniadlı komanda “Porto” ilə üz-üzə gəlib. Qarşılaşmada qalib olmayıb - 1:1.

Avstriyanın “Zalsburq” klubu Yorbe Vertessenin 59-cu və Aleksa Terziçin 80-ci dəqiqələrdə vurduqları qollarla Niderlandın “Qo Ehed İqls” kollektivini məğlub edib - 2:0.

İsveçrədə isə yerli “Bazel” Rumıniyanın FKSB klubundan üstün olub - 3:1.

İdman.Biz