“Əl-Nəsr” Kriştiano Ronaldonun qolları sayəsində “Əl-Feyha”nı məğlub edib - VİDEO

Xəbərlər
2 Noyabr 2025 00:20
52
“Əl-Nəsr” Kriştiano Ronaldonun qolları sayəsində “Əl-Feyha”nı məğlub edib - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunun “Əl-Nəsr” “Əl-Feyha”nı qonaq edib.

İdman.Biz bildirir ki, meydan sahibləri 2-1 hesabı ilə qalib gəlib.

13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Hasson hesabı açıb. 37-ci dəqiqədə “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo fransız Kinqsli Komanın ötürməsindən sonra hesabı bərabərləşdirib. 90+14-cü dəqiqədə Ronaldo dubl edərək komandasına qələbə qazandırıb.

Bu, Ronaldonun karyerasında 951-ci və 952-ci qolları olub.

Yeddi turdan sonra “Əl-Nəsr” 21 xalla Səudiyyə Ərəbistanı Liqasının turnir cədvəlində birinci yerdədir. “Əl-Feyha” isə səkkiz xalla 10-cu yerdə qərarlaşıb.

İdman.Biz