"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer pəncərəsində əsas fiqurlardan biri ola bilər.
İdman.Biz-in jurnalist Serxio Valentinə istinadən verdiyi məlumata görə, "Çelsi" Madrid klubuna fransız yarımmüdafiəçi üçün rəsmi təklif göndərib.
Mənbənin məlumatına əsasən, "Real Madrid" rəhbərliyi müqaviləni təsdiqləməyə hazır idi. Lakin Kamavinqanın özü təklifi rədd edib, çünki karyerasını "Los Blancos"da davam etdirmək niyyətindədir.
Fransız futbolçu 2021-ci ildən "Real Madrid"də oynayır, o vaxtdan bəri, "Renn"dən 31 milyon avroya transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
2025/26 mövsümündə Kamavinqa bütün turnirlərdə 43 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
