Jorje Jezuş Portuqaliya millisinin baş məşqçisi təyin olunmaq üzrədir

9 İyul 2026 01:37
73
Jorje Jezuş Portuqaliya millisinin baş məşqçisi təyin olunmaq üzrədir

Səudiyyə Ərəbistanı klubunda hücumçu Kriştian Ronalduya məşqçilik etmiş "Əl-Nəsr"in keçmiş baş məşqçisi Jorje Jezuş Portuqaliya milli komandasında da analoji vəzifəyə təyin olunmağa yaxındır.

İdman.Biz bu barədə "A Bola"ya istinadən məlumat verir.

71 yaşlı mütəxəssislə müqavilə bazar günü, 12 iyulda açıqlanacaq.

Mənbənin məlumatına görə, Jesus dörd illik müqavilə imzalayacaq. Onun illik maaşı 4 milyon avro olacaq ki, bu da "Əl-Nəsr"in baş məşqçisi kimi qazandığı 12 milyon avrodan xeyli azdır.

Bundan əvvəl ispan məşqçisi Roberto Martines Portuqaliya millisinin məşqçisi vəzifəsindən istefa vermişdi. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya 1:0 hesabı ilə uduzaraq mübarizədən kənarlaşdırılıb.

İdman.Biz