Almaniya Bundesliqasının 8-ci turunda “Borussiya Mönhenqladbax” “Bavariya”nı qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşma Münhen təmsilçisinin 3-0 hesablı qələbəsi ilə qurtarıb.
19-cu dəqiqədən etibarən meydan sahibləri Yens Kastropun qırmızı vərəqə alması ilə 10 nəfərlə qalıblar.
64-cü dəqiqədə Coşua Kimmix qonaqların ilk qolunu vurub. 69-cu dəqiqədə Rafael Gerreyro komandanın üstünlüyünü artırıb, 81-ci dəqiqədə Lenart Karl “Bavariya”nın üçüncü qolunu vurub.
Bu oyundan sonra “Borussiya Mönhenqladbax” turnir cədvəlində üç xalla 18-ci yerdədir, “Bavariya” isə 24 xalla cədvələ başçılıq edir.
Növbəti turda “qara-ağ-yaşıllar” 1 noyabrda səfərdə “Sankt-Pauli” ilə oynayacaqlar, Münhen komandası isə həmin gün evdə “Bayer Leverkuzen”lə qarşılaşacaq.
