İtaliya millisinin hücumçusu Kinin evində oğurluq olub

15 İyun 2026 20:08
99
İtaliya millisinin hücumçusu Kinin evində oğurluq olub

“Fiorentina”nın və İtaliya milli komandasının hücumçusu Moise Kinin Florensiyada evində oğurluq olub.

İdman.Biz-in “Corriere dello Sport” qəzetinə istinadən məlumatına görə, naməlum şəxslər Campo de Marte məhəlləsindəki mənzilə binanın arxasından daxil olaraq saatları və zinət əşyaları oğurlayıblar.

İlkin ziyanın 300.000 avro olduğu təxmin edilir. Oğruların peşəkarcasına hərəkət etdikləri və qiymətli əşyaların yerini bildikləri qeyd edilib. Karabinierinin Elmi Tədqiqat Bölməsinin mütəxəssisləri hadisə yerinə gəliblər. Onlar əraziyə baxış keçirib və kamera görüntülərini götürüblər. Müstəntiqlər əvvəlcədən planlaşdırılmış soyğunçuluğu nəzərdən keçirirlər.

Cinayət baş verən zaman Kin İtaliyadan kənarda olub. Qayıtdıqdan sonra oğurlanmış əşyaların ətraflı siyahısını tərtib etmək və ziyanın yekun qiymətləndirilməsi üçün polis tərəfindən çağırılacaq. “Fiorentina”nın keçmiş müdafiəçisi Nikola Milenkoviç əvvəllər eyni binada yaşayırdı.

İdman.Biz