Vinisius Junior məhkəmə qarşısına çıxacaq

Xəbərlər
15 Oktyabr 2025 23:03
40
Vinisius Junior məhkəmə qarşısına çıxacaq

Braziliya millisinin və “Real Madrid”in hücumçusu Vinisius Junior ad gününü qeyd etmək üçün Rio-de-Janeyroda təşkil etdiyi böyük şənlik zamanı dincliyi pozmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə İdman.Biz “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin bildirdiyinə görə, məhkəməyə cinayət ittihamlarına yenidən baxılması tapşırılıb. İttihamlar braziliyalı forvardın 25 yaşını qeyd etdiyi evin qonşusunun şikayətindən irəli gəlir.

Toy və ya korporativ tədbirlər kimi böyük tədbirlər üçün nəzərdə tutulmuş dəbdəbəli malikanədə baş tutan şənlik böyük səs-küyə səbəb olub və yerli sakinlərin dincliyini pozub.

Şikayətçi polisə zəng vurduğunu, polis gəldikdən sonra məclisdə olanlardan səsi azaltmağı xahiş etdiyini bildirib. Vinisius və qonaqları polisin əmrini yerinə yetiriblər, lakin onlar getdikdən sonra yenidən səs-küy salmağa başlayıblar.

Bu iş üzrə ilkin baxış iclası noyabrın 6-na təyin edilib. Braziliya qanunlarına görə, dincliyi pozmaq 15 gündən üç aya qədər həbs və ya cərimə ilə cəzalandırılır.

İdman.Biz