2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Latviya və İngiltərə arasında keçirilən qrup mərhələsinin 8-ci turunun oyununa yekun vurulub.
İdman.Biz bildirir ki, oyunda qonaqlar 5:0 hesabı ilə qalib gəlib. Qarşılaşma “Dauqava” stadionunda (Riqa, Latviya) baş tutub.
Entoni Qordon 26-cı dəqiqədə qonaqları önə çıxarıb, Harri Keyn 44-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Keyn 45-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib - 3:0.
58-ci dəqiqədə Maksim Tonişevs avtoqola imza atıb. 86-cı isə dəqiqədə Ebereçi Eze İngiltərənin 5-ci qolunu vurub.
Bu oyundan sonra Latviya beş xalla K qrupunda dördüncüdür, İngiltərə isə 18 xalla liderdir.
Latviya növbəti matçında noyabrın 13-də Şimali Makedoniya ilə səfərdə yoldaşlıq oyunu keçirəcək, İngiltərə isə dünya çempionatının seçmə mərhələsində həmin gün Serbiyanı qəbul edəcək.