“Yuventus”un və İtaliya yığmasının əfsanəvi qapıçısı Canluici Buffon oğlu Lui Tomas Buffonun Çexiya millisində oynamaq qərarına münasibət bildirib.
İdman.Biz bildirir ki, 17 yaşlı Lui Buffon İtaliya və Çexiya vətəndaşlığına malikdir.
“İtaliya millisində soyadının yükü onu əzəcəkdi. Onun bu seçimə itələndiyini demək olar. Gözləntilər dərhal artacaqdı. İndi o, məsələyə sakit yanaşa bilər. Və oğlum böyüyəndə İtaliyanı seçməyinə heç nə mane ola bilməz”, - Canluici Buffon deyib.
Lui Buffon “Piza”nın gənclər komandasında yarımmüdafiəçi kimi çıxış edir. Bu mövsüm o, 41 dəqiqə qol vurmadan oynayıb.