UEFA prezidenti Aleksander Çeferin portuqaliyalı hücumçu Kriştiano Ronaldonu tarixin üç ən böyük futbolçusundan biri adlandırıb.
İdman.biz bildirir ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edir.
“Mən heç vaxt yarışmağa bu qədər həvəs göstərən birini görməmişəm. O, dayanmaq istəmir, davam etmək istəyir. Həm insan, həm də futbolçu kimi ona böyük hörmətim var. Kriştiano Ronaldo futbol tarixinin ən böyük üç adından biridir”.