Fransa Liqa 1-in ikinci turunda PSJ səfərdə “Lill”lə qarşılaşıb.
İdman.biz xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Meydan sahibləri 21-ci dəqiqədə Hakon-Arnar Haraldssonun qolu ilə hesabı açıblar. 84-cü dəqiqədə Dilan Bakva “Lill”in üstünlüyünü iki topa çatdırıb.
Lakin “PSJ” matçın əlavə vaxtında inanılmaz geri dönüşə imza atıb. 90+1-ci dəqiqədə Vitinya fərqi azaldıb. 90+5-ci dəqiqədə isə Markinyos hesabı bərabərləşdirərək Paris klubunu məğlubiyyətdən xilas edib.
Beləliklə, “PSJ” mövsümün əvvəlində ardıcıl ikinci heç-heçəsini edib və 2 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Lill” isə 4 xalla çempionata liderlik edir.
