“Sanderlend” qələbə qazanaraq üçüncü pilləyə yüksəlib

Xəbərlər
28 Sentyabr 2025 00:39
32
“Sanderlend” qələbə qazanaraq üçüncü pilləyə yüksəlib

İngiltərə Premyer Liqasının 6-cı turunda “Nottingem Forest”lə “Sanderlend” qarşılaşıblar.

İdman.biz bildirir ki, oyunda “Sanderlend” 1:0 hesablı qələbə qazanıb.

Matçın yeganə qolunu 38-ci dəqiqədə Omar Alderete vurub.

Bu oyundan sonra “Nottingem Forest” beş xalla İngiltərə çempionatında 16-cı yerdə qərarlaşıb. “Sanderlend” 11 xalla üçüncü pillədədir.

Növbəti turda “Nottingem” oktyabrın 5-də səfərdə “Nyukasl Yunayted”lə, “Sanderlend” isə oktyabrın 4-də səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

İdman.biz