Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatı pley-offunda öz qol rekordunu yeniləyib.
İdman.Biz xəbər verir ki, 2026-cı il dünya çempionatında İngiltərəyə qarşı üçüncü yer uğrunda matçda (4:6) Mbappe 48-ci və 66-cı dəqiqələrdə qol vurub.
Hücumçu dünya çempionatı pley-off mərhələsində 13 oyunda 14 qol vurub. Onun ən yaxın rəqibləri braziliyalılar Leonidas (5 oyunda 8 qol) və Ronaldodur (10 matçda 8 qol).
Bundan əlavə, Mbappe mundiallarda 22 qol vuraraq argentinalı Lionel Messini (21 qol) keçib.
Mbappe həmçinin 10 qolla DÇ-2026-nın bombardiridir.
Messinin 8 qolu var. Lakin argentinalının ehtiyatda bir oyunu var. Bu gün Argentina dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq.
