İngiltərə son 24 ildə ilk dəfə mundial oyununa üç “Arsenal” oyunçusu ilə başlayıb

19 İyul 2026 01:53
252
İngiltərə son 24 ildə ilk dəfə mundial oyununa üç “Arsenal” oyunçusu ilə başlayıb

İngiltərə komandası 2026-cı il dünya çempionatında Fransaya qarşı üçüncü yer uğrunda matça üç “Arsenal” oyunçusu ilə başlayıb.

İdman.Biz-in məlumatına görə, Deklan Rays, Bukayo Saka və Ebereçi Eze start heyətindədirlər.

Oyunun ilk yarısı 3:0 hesabı ilə İngiltərənin xeyrinə bitib. Qollardan üçünü "Arsenal"ın oyunçuları Saka (2) və Rays vurublar.

Komandaların start heyətləri:

Fransa: Mik Menyan, Malo Qusto, İbrahima Konate, Maksans Lakrua, Teo Ernandes, Rayan Çerki, Adrien Rabio, Dezire Due, Uorren Zair-Emeri, Maykl Olise, Kilian Mbappe.

İngiltərə: Din Henderson, Carell Kuansa, Ezri Konsa, Ced Spens, Mark Qehi, Morqan Rocers, Deklan Rays, Ebereçi Eze, Bukayo Saka, Markus Reşford, Ayvan Toni.

Analoji hal sonuncu dəfə 2002-ci il dünya çempionatında baş vermişdi. Braziliyaya qarşı dörddəbir final matçını İngiltərə üç “Arsenal” oyunçusu ilə başlamışdı: Devid Siman, Sol Kempbell və Eşli Koul.
İngiltərə - Fransa matçı Mayamidəki “Hard Rock” stadionunda keçirilir. Hər iki komanda yarımfinalda məğlub olub: ingilislər Argentinaya (1:2), fransızlar isə İspaniyaya (0:2) məğlub oldular.

İdman.Biz