Fransa millisi uzun illərdən bəri fubtol matçının bir hissəsində ən acınacaqlı məğlubiyyətini yaşayıb.
İdman.Biz bildirir ki, Didye Deşamın komandası 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda matçda İngiltərə ilə qarşılaşır. "Göylər" fasilədən sonra 4:0 hesabı ilə geridə olublar.
Fransa 24 aprel 1968-ci ildə Yuqoslaviyanın bu qədər qol vurmasından bəri ilk dəfə fasiləyə qədər dörd qol buraxıb. Böyük turnirlərdə (Dünya və Avropa çempionatı) bu, fransızların başına belə aqibət ilk dəfə gəlir.
Bundan əlavə, Fransa 13 aprel 1930-cu ildə Belçika ilə yoldaşlıq oyununda hesab 1:5 olduğu vaxtdan bəri fasiləyədək dörd qol geridə olmayıb.
