Britaniya kral ailəsi İngiltərə milli komandasına müraciət edib

16 İyul 2026 18:55
102
Britaniya kral ailəsi İngiltərə milli komandasına müraciət edib

Britaniya kral ailəsi 2026-cı il Dünya Kubokunun yarımfinalında Argentinaya məğlub olan İngiltərə komandasını X sosial media səhifəsində dəstəkləyib.

İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə Argentinanın xeyrinə qurtarıb.

“Harri [Keyn] və bütün komandaya təskinlik veririk. Siz, Üç Aslan, indi yaralarınızı sağaltsanız da, millətin qüruru olaraq qalırsınız - və mütləq yenidən geri qayıdacaqsınız”, - mesajda deyilir.

Üçüncü yer uğrunda matçda İngiltərə Fransa ilə qarşılaşacaq. Oyun 19 iyulda Mayamidəki “Hard Rok” stadionunda keçiriləcək. Argentina dünya çempionatının finalında (19 iyul) İspaniya ilə oynayacaq.

İdman.Biz