Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə ilə oyundan (2:1) sonra Argentina milli komandasının nümayiş etdirdiyi siyasi bannerlə bağlı araşdırma başladacaq.
İdman.Biz COPE-yə istinadən bildirir ki, təşkilat "Albiceleste"yə qarşı Dünya çempionatı bitənədək sanksiyalar tətbiq etməyəcək.
Mənbənin məlumatına görə, FİFA-nın siyasi bayraqların, şüarların və simvolların nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, Argentina milli komandası yarışın final matçında maneəsiz oynayacaq.
Xatırladaq ki, İngiltərə ilə oyundan sonra "Albiceleste" oyunçuları meydana "Malvin adaları Argentinanındır" yazısı olan bannerlə çıxıblar.
