İngiltərə dünya çempionatlarında uğursuz göstəriciyə imza atdı

16 İyul 2026 17:23
72
İngiltərə dünya çempionatlarında uğursuz göstəriciyə imza atdı

İngiltərə futbol millisi dünya çempionatlarının yarımfinal mərhələsində nadir uğursuz göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, 21-ci əsrdə mundialın yarımfinalında hesabı açmasına baxmayaraq, finala yüksələ bilməyən komanda ilə bağlı yalnız iki hal qeydə alınıb. Hər iki uğursuzluq İngiltərə millisinin payına düşüb.

İngiltərə 2018-ci il dünya çempionatının yarımfinalında Xorvatiya ilə görüşdə hesabı açsa da, əlavə vaxtda 1:2 hesabı ilə məğlub olub. Komanda DÇ-2026-nın Argentina ilə yarımfinalında da önə keçib, lakin qarşılaşmanın sonlarında iki qol buraxaraq eyni hesabla uduzub.

İngiltərə millisinin digər uğursuz statistikası da davam edib. Komanda 1998-ci ildən bu yana dünya çempionatlarının pley-offunda FIFA reytinqinin ilk onluğunda yer alan rəqiblərlə keçirdiyi yeddi qarşılaşmanın hamısında turnirlə vidalaşıb.

İngiltərə DÇ-2026-da üçüncü yer uğrunda görüşdə Fransa ilə qarşılaşacaq.

İdman.Biz