Messi və Lamin Yamal: 19 il əvvəlki foto DÇ-2026 finalına daşındı - FOTO

16 İyul 2026 12:23
117
Messi və Lamin Yamal: 19 il əvvəlki foto DÇ-2026 finalına daşındı - FOTO

Futbol tarixinin ən maraqlı təsadüflərindən birini əks etdirən Lionel Messi və körpə Lamin Yamalın fotosu DÇ-2026-nın finalı öncəsi yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, foto 2007-ci ildə “Barselona” Fondu, “Sport” qəzeti və UNICEF-in birgə xeyriyyə layihəsi çərçivəsində çəkilib. Layihə üçün hazırlanan təqvim 2008-ci ildə işıq üzü görüb.

Kadrda həmin vaxt 20 yaşı olan Messi beş aylıq Yamalı anası Şeyla Ebana ilə birlikdə kiçik vannada çimizdirir.

Fotosessiya “Kamp Nou” stadionunun qonaqlar üçün nəzərdə tutulan paltardəyişmə otağında təşkil olunub. Yamalın ailəsi UNICEF-in Barselonanın Rokafonda rayonunda keçirdiyi püşkatmada qalib gəlib və təsadüf nəticəsində Messi ilə eyni fotosessiyaya düşüb.

Uzun müddət unudulan kadr 2024-cü ildə Yamalın atasının onu sosial şəbəkədə “İki əfsanənin başlanğıcı” sözləri ilə paylaşmasından sonra geniş yayılıb.

Aradan 19 il keçəndən sonra fotonun qəhrəmanları dünyanın ən böyük futbol matçında rəqib olacaqlar. Messi Argentina millisinin, Yamal isə İspaniya yığmasının heyətində DÇ-2026-nın finalına çıxacaq.

İspaniya - Argentina qarşılaşması iyulun 19-da Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək. Beləliklə, vaxtilə Messinin qucağında olan körpə Yamal indi dünya çempionluğu uğrunda onun əsas rəqiblərindən birinə çevrilib.

İdman.Biz