Məşhur strimer “IShowSpeed” İspaniya futbol millisinin cinah hücumçusu Lamin Yamala DÇ-2026-nın finalı öncəsi müraciət edib.
İdman.Biz xəbər verir ki, əsl adı Darren Ceyson Uotkins olan strimer argentinalı Lionel Messinin növbəti dəfə dünya çempionu olmasını istəmədiyini bildirib.
“Yamal, qardaş, çiyinlərində böyük yük var. Bu müraciət sənin üçündür. Özünü topla! Xahiş edirəm, Lamin! Sadəcə meydana çıx və uğur qazan. Argentinaya qalib gəlin. Məni bu fəlakətdən xilas et! Buna daha bir il dözə bilmərəm. Messi dünya çempionu olsa, Ronaldo azarkeşi kimi deyəcək heç nəyim qalmayacaq. Lamin Yamal, bizi - Ronaldo azarkeşlərini xilas et”.
Qeyd edək ki, Argentina - İspaniya finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
