Böyük Britaniyanın baş naziri İngiltərənin DÇ-2026-dakı məğlubiyyətinə reaksiya verdi

16 İyul 2026 10:51
104
Böyük Britaniyanın baş naziri  İngiltərənin DÇ-2026-dakı məğlubiyyətinə reaksiya verdi

İngiltərə futbol millisinin DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyəti Böyük Britaniyanın baş naziri Kir Starmeri məyus edib.

İdman.Biz xəbər verir ki, o, qarşılaşmadan sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Çox üzücüdür. Bu axşam hamımızın ümid etdiyi nəticəni əldə etmədik, amma İngiltərə millisi bütün gücünü ortaya qoydu. Futbolçuların ölkəni təmsil edərkən göstərdikləri həvəs və enerji hamımızı onlarla qürur duymağa vadar etdi”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, İngiltərə iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da üçüncü yer uğrunda görüşdə Fransa ilə qarşılaşacaq. Argentina isə həmin gün keçiriləcək finalda İspaniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz