Argentina DÇ-2026-dakı siyasi aksiyaya görə cəza ala bilər - VİDEO

16 İyul 2026 14:39
86
Argentina DÇ-2026-dakı siyasi aksiyaya görə cəza ala bilər - VİDEO

Argentina futbol millisi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra keçirilən siyasi aksiyaya görə cərimələnə bilər.

İdman.Biz xəbər verir ki, futbolçular qarşılaşmadan sonra stadionda üzərində “Malvin adaları Argentinaya məxsusdur” sözləri yazılan banner açıblar. BBC-nin məlumatına görə, FIFA hadisə ilə əlaqədar Argentina yığmasına intizam cəzası tətbiq edə bilər.

Banner əvvəlcə azarkeşlərin olduğu tribunada yer alıb, daha sonra Covani Lo Çelso və Lisandro Martines tərəfindən meydana çıxarılıb. FIFA qaydaları stadionlarda siyasi mesajların nümayişini qadağan edir. Ali futbol qurumu hadisə ilə bağlı rəsmi qərarını hələ açıqlamayıb.

Böyük Britaniyalı nazir Piter Kayl aksiyanı yolverilməz adlandıraraq FIFA-nı məsələni araşdırmağa çağırıb.

Argentina vitse-prezidenti Viktoriya Vilyarruel isə qarşılaşmadan əvvəl ingilisləri “işğalçı quldurlar” adlandırıb və oyunun yalnız futbol qarşılaşması olmadığını bildirib.

Qeyd edək ki, Böyük Britaniyada Folklend, Argentinada Malvin adaları adlandırılan arxipelaq iki ölkə arasında uzunmüddətli mübahisə mövzusudur. Tərəflər 1982-ci ildə adalar uğrunda 74 gün davam edən müharibə aparıblar.

İdman.Biz