Fransa millisinin hücumçusu Usman Dembele 2026-cı il dünya çempionatının yarımfinal mərhələsinin İspaniya ilə (0:2) oyununun fasiləsində soyunub-geyinmə otağında çıxış edib.
İdman.Biz bu barədə “L’Équipe”ə istinadən bildirir.
Mənbənin məlumatına görə, oyunun gedişatını dəyişmək üçün Dembele fasilə zamanı soyunub-geyinmə otağında çıxış edib, fransızlar həmin zaman 1:0 hesabı ilə geridə olublar. Dembele komandasının təzyiqinə diqqət çəkib və zəif koordinasiyasını qeyd edib.
Qeyd edək ki, onun sözləri bəzi komanda yoldaşlarında mənfi reaksiya doğurub. Onlar hesab edirlər ki, Usman yalnız öz oyunu alınmayanda emosiyalarını göstərir, digər böhran vəziyyətlərində isə daha sakit olur.
