Argentinanın vitse-prezidenti: “İşğalçı ingilisləri dayandırmalıyıq”

15 İyul 2026 21:17
76
Argentinanın vitse-prezidenti: “İşğalçı ingilisləri dayandırmalıyıq”

Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşmadan əvvəl emosional bir açıqlama verib.

İdman.Biz bildirir ki, oyun bu gün, 15 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Siyasətçi diplomatik dildən çəkinərək ingilis futbolçularını sərt şəkildə “quldur qəsbkarlar” adlandırıb. O, matçın əhəmiyyətinin idman məsələlərindən daha çox şeyə aid olduğunu - bu, Malvin adaları ətrafındakı vəziyyət də daxil olmaqla tarixi bir kontekstlə sıx bağlı olduğunu söyləyib.

“Biz bu quldur qəsbkarlarına qarşı oynayırıq. Bu, sadəcə növbəti matç deyil. Mən siyasi cəhətdən korrekt və ya soyuqqanlı olmağa çalışmıram: ingilislərə qarşı oyun həmişə idmandan daha böyükdür. Bu, Malvinlərdir, bu, Dieqodur, bu, Leonun son şansıdır, biz bu işğalçıları dayandırmalıyıq. Yaşasın Argentina! Çünki biz son nəfəsimizə qədər öz ölkəmizi müdafiə edəcəyik!”, - Viktoriya Villarruel sosial mediada yazıb.

İdman.Biz