FİFA musiqiçilər Castin Biber, Şakira, BTS, Madonna, Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və PS22 xorunun çıxışları səbəbindən 2026-cı il dünya çempionatının finalında fasiləni uzatmağı planlaşdırır.
İdman.Biz bu barədə The Athletic-ə istinadən məlumat verir.
Şou fasilə zamanı birbaşa “MetLife” stadionunun meydanında baş tutacaq. Buna görə də təşkilatçılar ayrılmış vaxt ərzində səhnəni qurmalı və sökməlidirlər. Mənbəyə görə, FİFA fasilənin 20 dəqiqədən çox davam etməyəcəyini gözləyir.
FİFA daha əvvəl şounun 11 dəqiqə davam edəcəyini açıqlamış və bunu "idman, musiqi və qlobal təsirin kəsişməsinin ikonik qeyd olunması" adlandırmışdı. İki il əvvəl Amerika Kubokunun finalında Şakira “Hard Rok” stadionunda fasilədə çıxış etmişdi, Argentina və Kolumbiya isə ikinci hissənin başlamasını təxminən 26 dəqiqə gözləmişdi.
