İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatının yarımfinalında Argentinaya qarşı oyundan əvvəl sosial mediada paylaşım edib.
Komandalar ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz” stadionunda oynayacaqlar.
Matçı İsmail Elfat (ABŞ) idarə edəcək. Oyun bu gün, 15 iyulda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Keyn sosial mediada yazıb: “Əlimizdən gələni etməyə hazırıq”.
Hücumçu 2026-cı il dünya çempionatında altı oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.
2026-cı il dünya çempionatının finalı 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək.
