Qari Nevill: “Biz argentinalılardan daha güclüyük”

13 İyul 2026 13:13
109
Qari Nevill: “Biz argentinalılardan daha güclüyük”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, iyulun 15-də baş tutacaq qarşılaşma öncəsi Nevill İngiltərənin finala yüksəlmək üçün yaxşı şansa malik olduğunu bildirib.

“Argentinanın mərkəz müdafiəsində oynayan futbolçuları nəzərə alsaq, onların qapısına ən azı iki qol vurmamağımızı təsəvvür edə bilmirəm. Biz argentinalılardan daha sürətli və çevikik. Üstəlik, heyətimizin keyfiyyəti də daha yüksəkdir”, - deyə Nevill bildirib.

İdman.Biz