“İçəndə oyun başqa cür görünür” - Roy Kindən Holandın atasına cavab

13 İyul 2026 07:26
78
“İçəndə oyun başqa cür görünür” - Roy Kindən Holandın atasına cavab

İrlandiya futbol millisinin sabiq kapitanı Roy Kin Norveç yığmasının hücumçusu Erlinq Holandın atası Alfi Holandın açıqlamasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Alfi Holand Norveçin 2026-cı il dünya çempionatının 1/4 finalında İngiltərəyə 1:2 hesabı ilə məğlub olmasından sonra rəqibin yarımfinala yüksəlməsinə görə hakimə istehzalı şəkildə təşəkkür edib.

Roy Kin isə onun fikirləri ilə razılaşmayıb:

“O, ümumiyyətlə, bu oyunu xatırlayacaq? Deyəsən, matçlarda həmişə içir. İçəndə oyuna başqa cür baxırsan. Bəzi qərarlarla bağlı mübahisə etmək olar, amma hakimin Norveçi qələbədən məhrum etdiyini söyləmək olmaz”.

Norveç 1/4 finalda mübarizəni dayandırıb. İngiltərə isə yarımfinalda Argentina ilə qarşılaşacaq.

İdman.Biz