Ançelotti arxa qapıdan çıxıb gedib

6 İyul 2026 09:13
117
Ançelotti arxa qapıdan çıxıb gedib

Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026 ilə vidalaşdıqları Norveç matçından sonra mikst-zonaya çıxmayıb.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis DÇ-2026-nın 1/8 final matçından sonra planlaşdırıldığı kimi mikst-zonada media nümayəndələri ilə danışmayıb. O, final fitindən sonra arxa qapıdan birbaşa soyunub-geyinmə otağına yollanıb.

“The Touchline”ın məlumatına görə, mikst-zonada Karlo Ançelottinin əvəzinə onun oğlu Davide Ançelotti olub.

Daha sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçi bildirib ki, heç yerə getmək fikri yoxdur:

“Biz işləməyə və inkişafa davam etməliyik. Yeni ideyalar tapmalıyıq. İnanıram ki, bu məğlubiyyət son deyil, yeni dövrün başlanğıcıdır”.

Qeyd edək ki, Braziliya 1/8 finalda Norveçə 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb. Norveç millisində Erlinq Holand dubl edib. Braziliyanın yeganə qolunu isə Neymar penaltidən vurub.

İdman.Biz