Portuqaliya futbol millisinin hücumçusu Kriştianu Ronaldu İspaniya yığması ilə oyun öncəsi rəqibin gücünü dəyərləndirib.
İdman.Biz xəbər verir ki, ulduz futbolçu İspaniyanı hər zaman böyük turnirlərin favoritlərindən biri hesab etdiyini bildirib.
“İspaniyanı həmişə istedadlı komanda kimi görmüşəm. Hər nəsildə belə olub. Milli komandada olduğum vaxtdan bəri İspaniya daim hər şeyi qazanmağa namizədlərdən biri sayılıb.
Sabah bizi çox çətin oyun gözləyir. İnanmalı, çox qaçmalı və cəsarətli olmalıyıq. Qələbə qazanmağın yeganə yolu budur”, - deyə kapitan söyləyib.
Ronaldu İspaniya millisinin gənc ulduzu Lamin Yamal barədə də fikirlərini bölüşüb:
“Lamin böyük gələcəyi olan futbolçudur. Düzünü desəm, İspaniyanın oyunlarını tam izləməmişəm, yalnız Kabo-Verde ilə ilk matçdan bir qədər baxmışam. Amma o, parlaq gələcəyi olan oyunçudur. Çox yaxşı çıxış edir və fantastik karyerası olacaq.
Amma mənim fikrimcə, İspaniya hər şeydən əvvəl komandadır. Çox yaxşı kollektivdirlər, əla futbol oynayırlar və matç çox çətin olacaq”.
