De la Fuente iddialı danışdı: “Dünyanın ən yaxşı yarımmüdafiəsi bizdədir”

5 İyul 2026 22:35
91
De la Fuente iddialı danışdı: “Dünyanın ən yaxşı yarımmüdafiəsi bizdədir”

İspaniya futbol millisinin baş məşqçisi Luis de la Fuente komandasının yarımmüdafiə xətti barədə iddialı açıqlama verib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, mütəxəssis hazırkı heyətin orta sahəsini dünyanın ən güclülərindən biri hesab edir.

“Mənim fikrimcə - və bunu hamıya böyük hörmətlə deyirəm - dünyanın ən yaxşı yarımmüdafiəsi bizdədir. Hər mövqedə ən yüksək səviyyəli iki futbolçumuz var. 2010-cu ilin komandasının da möhtəşəm yarımmüdafiəsi var idi, bu doğrudur. Futbol dəyişir, amma mən bizi demək olar ki, onlarla eyni səviyyəyə qoyardım”, - deyə de la Fuente bildirib.

Qeyd edək ki, İspaniya millisi 2010-cu ildə dünya çempionu olub. Həmin turnirin finalında komanda Niderlanda 1:0 hesabı ilə qalib gəlib.

İspaniya millisi 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq. Oyun 6 iyul, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz