Paraqvay futbol millisinin sabiq qapıçısı Xose Luis Çilavert DÇ-2026-nın 1/8 finalında Fransa ilə oyundan sonra yığmaya müraciət edib.
İdman.Biz xəbər verir ki, Paraqvay millisi Fransa ilə görüşdə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Bundan sonra Çilavert komandanın futbolçularına, məşqçilər korpusuna və tibbi heyətinə dəstək mesajı ünvanlayıb.
“Əziz futbolçular, məşqçilər korpusu və tibbi heyət, siz Paraqvayın mübarizə və ləyaqət tarixini qoruyaraq şərəflə məğlub oldunuz. Yeni çağırışlara hazırlaşın. Siz həmişə qəlbimizdə qalacaqsınız”, - deyə o bildirib.
Qeyd olunur ki, Çilavert turnir ərzində Paraqvay millisini dəfələrlə tənqid edib. O, baş məşqçi Qustavo Alfaroya qarşı da sərt ifadələr işlədib.
