Mbappe dünya çempionatlarında yeni tarix yazdı

5 İyul 2026 12:51
92
Mbappe dünya çempionatlarında yeni tarix yazdı

Fransa futbol millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da növbəti rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı forvard ardıcıl üç dünya çempionatının 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub.

Mbappe 2018, 2022 və 2026-cı illər mundiallarının 1/8 finalında fərqlənməyi bacarıb. O, ötən gecə Paraqvaya qarşı keçirilən görüşün 70-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu qol həm də Mbappenin dünya çempionatlarının pley-off mərhələlərində 11-ci qolu olub. Fransalı futbolçu bununla da bu göstərici üzrə öz rekordunu daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Fransa millisi 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

İdman.Biz