Ançelotti Norveç millisinin təhlükəsini qabartdı

5 İyul 2026 10:02
91
Ançelotti Norveç millisinin təhlükəsini qabartdı

Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin hücum potensialını və oyun təşkilini xüsusi vurğulayıb.

“Norveç çox çətin rəqibdir. Yaxşı struktura, yüksək ustalıq səviyyəsinə və mükəmməl oyun təşkilinə malik komandadır. Hücum potensialı çox yüksəkdir, eyni zamanda balanslı oynayır. Hücum futboluna üstünlük verir. Buna görə də belə rəqibə qarşı sürətli əks-hücumlar qurmaq olduqca çətindir. Norveçin mərkəz xətti çox yaxşı işləyir”, - deyə Ançelotti Braziliya millisinin mətbuat xidmətinə açıqlamasında bildirib.

İtaliyalı baş məşqçi komandasının həlledici mərhələyə hazır olduğunu söyləyib:

“Ən yaxşı futbolumuzu göstərməliyik. Hesab edirəm ki, bunu edə biləcəyimiz məqam məhz indidir. Yaponiya ilə çətin oyundan sonra özümüzə inanırıq, daha yaxşı olmağa çalışırıq və baş verə biləcək hər şeyə hazırıq”.

Qeyd edək ki, Braziliya - Norveç oyunu bu axşam Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.

İdman.Biz