Fransa futbol millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvayla oyundan sonra diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın final fitindən sonra Paraqvay yığmasının qapıçısı Orlando Hil fransalı futbolçuya yaxınlaşaraq onu təbrik etmək istəyib. Lakin Fransa millisinin kapitanı rəqibinin əlini sıxmayıb.
“Matçdan sonra Mbappeyə yaxınlaşdım ki, onu təbrik edim. Amma o, əlimi sıxmadı. Sadəcə, onu salamlamaq istəyirdim”, - deyə Hil “L’Equipe”ə açıqlamasında bildirib.

Bu epizoddan sonra paraqvaylı qolkiper emosiyalarına hakim ola bilməyib. Hil komanda yoldaşlarına tərəf gedən Mbappenin kürəyinə top atıb. Hadisə gərginliyə səbəb olsa da, futbolçuların və komanda nümayəndələrinin müdaxiləsindən sonra insident böyüməyib.
Qeyd edək ki, Filadelfiyada keçirilən görüş Fransa millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu penalti zərbəsindən Kilian Mbappe vurub. Fransa 1/4 finalda Mərakeşlə qarşılaşacaq.
