Vozinya “Instagram”da qapıçılar arasında zirvəyə yüksəlib - FOTO

5 İyul 2026 17:58
108
Vozinya “Instagram”da qapıçılar arasında zirvəyə yüksəlib - FOTO

Kabo-Verde futbol millisinin qapıçısı Vozinya DÇ-2026-dakı parlaq çıxışından sonra sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

İdman.Biz “Economic Times”a istinadən xəbər verir ki, 40 yaşlı qolkiper “Instagram”da dünyanın ən çox izlənilən qapıçısına çevrilib.

Mundialdan əvvəl Vozinyanın sosial şəbəkədə təxminən 50 min izləyicisi olub. Kabo-Verde millisinin uğurlu çıxışı və xüsusilə Argentina ilə oyundakı performansından sonra bu rəqəm 25 milyona çatıb.

Vozinya Lionel Messinin zərbələrini dəf etməsi və Kabo-Verdenin tarixi mundial çıxışında əsas fiqurlardan birinə çevrilməsi ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Kabo-Verde millisi DÇ-2026-da debüt etməsinə baxmayaraq, turnirin ən maraqlı komandalarından biri kimi yadda qalıb.

İdman.Biz