Fransa futbol millisinin Paraqvaya qarşı DÇ-2026-nın 1/8 final matçında baş hakim Tantaşevin idarəçiliyi ciddi tənqid olunub.
İdman.Biz xəbər verir ki, Fransanın “L’Équipe” nəşri referinin qərarlarını sərt ifadələrlə dəyərləndirib.
Nəşr matçın gərgin keçdiyini və Paraqvay futbolçularının sərt oyununa hakimin lazımi reaksiya vermədiyini yazıb:
“Uşaqların izləməsi üçün uyğun olmayan mübarizədə Paraqvayın təxribatları və hakim Tantaşevin tam səriştəsizliyi fonunda Dezir Due Fransanı ciddi problemdən xilas etdi”.
“L’Équipe” həmçinin Fransa futbolçularına göstərilən vərəqələrin çoxluğuna, Paraqvay oyunçularının kobudluqlarının isə cəzasız qalmasına diqqət çəkib. Nəşr qeyd edib ki, Tantaşev yalnız VAR müdaxiləsindən sonra Dezir Dueyə qarşı epizodda penalti təyin edib.
Qeyd edək ki, Fransa millisi Paraqvaya 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Didye Deşamın komandası növbəti mərhələdə Mərakeşlə üz-üzə gələcək.
