Nunu Mendeş DÇ-2026-da müdafiəçilərin lideridir

5 İyul 2026 19:32
107
Nunu Mendeş DÇ-2026-da müdafiəçilərin lideridir

Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeş DÇ-2026-da diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, “Squawka”nın məlumatına görə, 24 yaşlı futbolçu turnirdə öz mövqeyində çıxış edən oyunçular arasında ən çox aşkar qol şansı yaradan müdafiəçidir. Onun aktivində dörd belə epizod var.

Mendeş mundialda qolla da yadda qalıb. O, qrup mərhələsinin ikinci turunda Özbəkistanla matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Portuqaliya həmin görüşdə rəqibini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniya ilə qarşılaşacaq. Oyun 6 iyulda ABŞ-də, Texas ştatının Arlinqton şəhərindəki “Ey-Ti-end-Ti” stadionunda keçiriləcək.

İdman.Biz