Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

5 İyul 2026 22:59
96
Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

Portuqaliya futbol millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2026-nın 1/8 finalında İspaniyaya qarşı keçirəcəkləri matçdan əvvəl yığmadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz-in AS-a istinadən məlumatına görə, 41 yaşlı futbolçu millidən ayrılmaq qərarını özü verəcəyini bildirib.

“18 yaşımda milli komandaya qoşulduğum gündən belə olub və bu dəyişməyəcək. Mən həmişə buradayam - ruhumla, bədənimlə. Oynasam da, oynamasam da, hər zaman vacib rolum olacaq. Bir neçə il əvvəl dediyim kimi, karyeramı istədiyim vaxt bitirəcəyəm. Siz istəyəndə yox. Düşünürəm ki, eyni sualı təkrar vermək vaxt itkisidir. Buna diqqət çəkmək istəmirəm. Ən vacibi sabah yaxşı oynamaq və növbəti mərhələyə keçəcəyimizə inanmaqdır”, - deyə Ronaldu bildirib.

Qeyd edək ki, Portuqaliya və İspaniya yığmaları DÇ-2026-nın 1/8 finalında üz-üzə gələcəklər. Görüş sabah, Bakı vaxtı ilə axşam saat 23:00-da start götürəcək.

İdman.Biz