Kabo-Verde millisi üçün qəhrəman qarşılanması - VİDEO

5 İyul 2026 21:43
84
Kabo-Verde millisi üçün qəhrəman qarşılanması - VİDEO

Kabo-Verde futbol millisi DÇ-2026-dan vətənə qayıtdıqdan sonra qəhrəman kimi qarşılanıb.

İdman.Biz xəbər verir ki, ölkə sakinləri mundialdan dönən futbolçulara böyük sevgi göstəriblər. Hava limanındakı qarşılanma mərasimi xüsusi diqqət çəkib.

Görüntülərdə hava limanının əməkdaşlarından birinin futbolçuları diz çökərək salamladığı əks olunub.

Qeyd edək ki, Kabo-Verde millisi DÇ-2026-da debütantlardan olub. Onların rəqiblərinin titullarına və heyətlərinə baxmayaraq inamla oynaması turnirin ən yaddaqalan hadisələrindəndir.

İdman.Biz