Şomurodov DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı qolunu vurub - VİDEO

1 İyul 2026 01:16
80
Şomurodov DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı qolunu vurub

Özbəkistan millisinin oyunçusu Eldor Şomurodovun K qrupunun üçüncü turunda Konqo Demokratik Respublikasına vurduğu qol 2026-cı il dünya çempionatının qrup mərhələsinin ən yaxşı qolu seçilib.

İdman.Biz bu barədə FİFA-nın rəsmi saytına istinadən bildirir.

Şomurodov 10-cu dəqiqədə hesabı açıb. O, Akmal Mozqovoydan ötürmə alıb və topu qapıçı Lionel Mpasi-Nzonun yanından dar bucaq altında keçirib.

Şomurodov qoluna görə səslərin 36%-ni alıb. İkinci yeri isə Mərakeşə (2:4) vurduğu qola görə Haitinin hücumçusu Vilson İsidor tutub.

İdman.Biz