Droqba Kot-d'İvuar - Norveç matçında hakimliyi tənqid edib

1 İyul 2026 00:53
72
Droqba Kot-d'İvuar - Norveç matçında hakimliyi tənqid edib

Kot-d'İvuar millisinin keçmiş hücumçusu Didye Droqba milli komandasının DÇ-2026-nın 1/16 final mərhələsində Norveçə qarşı keçirdiyi oyunda hakimliyi tənqid edib.

İdman.Biz bildirir ki, qarşılaşma “AT&T” stadionunda (Arlinqton, Texas, ABŞ) baş tutub. Baş hakim vəzifəsini Xesus Valensuela yerinə yetirib. Qarşılaşmanı Norveç 2:1 hesabı ilə qazanıb.

“Biabırçılıq. Nikolas Pepeyə görə penalti verilmədi, VAR hansı cəhənnəmə lazımdır?!”, Droqba sosial media səhifəsində yazıb.

Droqbanın narazılığı matçın 78-ci dəqiqəsində Norveç cərimə meydançasında baş verən insidentdən qaynaqlanır. Afrikalıların hücumçusu Nikolas Pepe hücumçu Elye Vaidən ötürmə alıb və norveçli müdafiəçi ilə toqquşub. Hakim insidentə reaksiya verməyib.

İdman.Biz