Antonio Nusadan Braziliya ilə 1/8 final matçı barədə İDMAN.BİZ-ə AÇIQLAMA - VİDEO

1 İyul 2026 00:34
84
Antonio Nusadan Braziliya ilə 1/8 final matçı barədə İDMAN.BİZ-ə AÇIQLAMA

“Biz bura təsadüfən gəlməmişik. Qalib gəldik və yaxşı formadayıq. Hər şey ola bilər”.

Bu sözləri Norveç millisinin oyunçusu Antonio Nusa İdman.Biz-in DÇ-2026-nın 1/8 finalında Braziliya ilə matçda qalib gələ biləcəkləri barədə sualına cavab verərkən deyib.

Qeyd edək ki, Norveç rəsmi görüşlərdə Braziliyaya məğlub olmayıb, DÇ-1998-də isə qrup mərhələsində Braziliyanı məğlub edib.

“Əlbəttə ki, maraqlı bir matç olacaq və daha yaxşı komanda qalib gələcək”, - Nusa bildirib.

Norveç və Brazilya komandaları arasında 1/8 final oyunu iyulun 5-də keçiriləcək.

1/16 finalda Norveç Kot-d'İvuarı, Braziliya isə Yaponiyanı məğlub edib. Hər iki oyun 2:1 hesabı ilə bitib.

İdman.Biz