Holand millidə qol sayına görə Mbappeyə çatıb

30 İyun 2026 23:45
82
Holand millidə qol sayına görə Mbappeyə çatıb

Norveçli hücumçu Erlinq Holand milli komandada vurduğu qolların sayına görə fransalı Kilian Mbappeyə çatıb.

İdman.Biz xəbər verir ki, bu, Norveçin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kot-d'İvuar ilə oyununda baş verib.

Oyun 2:1 Norveçin xeyrinə qurtarıb.

Holand matçın 86-cı dəqiqəsində qol vurub. Bu qol norveçlinin milli komandada vurduğu 60-cı qol olub. Mbappe Fransa millisində də eyni sayda qol vurub, lakin Holand 48 oyun az keçirib.

İdman.Biz