Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib

1 İyul 2026 01:34
60
Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib

Milli komandanın 2026-cı il dünya çempionatından kənarlaşdırılmasından sonra Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.

Niderland 1/16 final mərhələsində Mərakeşə penaltilərdə məğlub olub (1:1, penaltilərdə 2:3).

Kuman 2023-cü ildən bəri milli komandaya rəhbərlik edirdi.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı çempion Argentinadır.

İdman.Biz