DÇ-2026: Fransa darmadağınla 1/8 finala yüksəlir - YENİLƏNİB + VİDEO

1 İyul 2026 02:56
777
DÇ-2026: Fransa darmadağınla 1/8 finala yüksəlir

Fransa - İsveç matçı başa çatıb.

İdman.Biz bildirir ki, 3:0 hesabı ilə qalib gələn fransızlar 1/8 finala vəsiqə qazanıblar. Orada onlar Paraqvayla qarşılaşacaqlar.

İsveç isə mundialda mübarizəni dayandırıb.

02:35

Fransa - İsveç matçında üçüncü qol vurulub.

İdman.Biz xəbər verir ki, 74-cü dəqiqədə Kilian Mbappe dubl edib - 3:0.

02:13

Fransa - İsveç matçında ikinci qol vurulub.

İdman.Biz bildirir ki, 53-cü dəqiqədə Bredli Barkola dəqiq zərbə ilə komandasının üstünlüyünü artırıb.

02:05

Fransa - İsveç matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra Fransa 1:0 hesabı ilə irəlidədir.

01:50

Fransa - İsveç matçında ilk hissə bitib.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra Fransa 1:0 hesabı ilə irəlidədir.

01:46

Fransa - İsveç matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 45-ci dəqiqədə Kilian Mbappe hesabı açıb.

01:00

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.

İdman.Biz bildirir ki, 1/8 finala çıxmaq uğrunda Fransa və İsveç milliləri qarşılaşırlar.

Matç İst-Raterforddakı “Metlife” stadionunda keçirilir. Baş hakim niderlandlı Danni Makkelidir.

Fransa I qrupunda 9 xalla birinci yeri tutub. İsveç isə 4 xalla F qrupunda üçüncü olub.

Bu cütün qalibi 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.

İdman.Biz