Ekvadorun baş məşqçisi sevincindən divara dırmaşıb - VİDEO

26 İyun 2026 16:09
93
Ekvadorun baş məşqçisi sevincindən divara dırmaşıb - VİDEO

Ekvador futbol millisinin baş məşqçisi Sebastyan Bekkaseçe DÇ-2026-da Almaniyaya qarşı qazanılan tarixi qələbədən sonra duyğusal anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, Ekvador yığması Almaniyanı 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib. Görüşün taleyini Qonzalo Platanın 77-ci dəqiqədə vurduğu qol həll edib.

Final fitindən sonra Bekkaseçe özünü saxlaya bilməyib. O, tribunaya tərəf qaçaraq sevincini ailəsi ilə birlikdə qeyd etmək üçün divara dırmaşıb. Bu anlar sosial şəbəkələrdə böyük maraq doğurub.

Bekkaseçe nəticəni Ekvador futbolu üçün dünya çempionatlarında ən böyük qələbə adlandırıb.

İdman.Biz