Futbol üzrə DÇ-2026-nın qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam etməkdədir.
İdman.Biz xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir.
E qrupunun həlledici görüşlərində Kürasao Kot-d'İvuarla, Ekvador isə Almaniya ilə üz-üzə gələcək. Hər iki matçın start fiti Bakı vaxtı ilə iyunun 26-da saat 23:59-da səslənəcək.
Geridə qalan iki turdan sonra E qrupunda 6 xalla Almaniya liderlik edir. Aktivində 3 xal olan Kot-d'İvuar ikinci, Ekvador və Kürasao milliləri isə 1 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələri bölüşürlər.
F qrupunun qarşılaşmalarında isə Yaponiya İsveçlə, Tunis isə Niderlandla üz-üzə gələcək. Hər iki görüş iyunun 26-da Bakı vaxtı ilə 03:00-da başlayacaq.
Hazırda F qrupunda vəziyyət belədir: 4 xal toplayan Niderland və Yaponiya ilk iki sıranı ələ keçiriblər. Onları 3 xalla üçüncü yerdə qərarlaşan İsveç izləyir, xal hesabını aça bilməyən Tunis isə sonuncu yerdədir.
D qrupunun mübarizəsində isə iyunun 26-da 06:00-da Türkiyə ABŞ ilə, Paraqvay isə Avstraliya ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq.
D qrupunun turnir cədvəlinə nəzər salsaq, ABŞ-nin 6 xalla vahid lider olduğunu görərik. Avstraliya və Paraqvay hərəyə 3 xalla ikinci və üçüncü yerləri tuturlar, Türkiyə yığması isə qrupun autsayderidir və aktivində xal yoxdur.
Dünya çempionatı
III tur
25 iyun
E qrupu
23:59. Kürasao - Kot-d'İvuar;
23:59. Ekvador - Almaniya.
26 iyun
F qrupu
03:00. Yaponiya - İsveç;
03:00. Tunis - Niderland.
D qrupu
06:00. Türkiyə - ABŞ;
06:00. Paraqvay - Avstraliya.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
